Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

ABŞ Kadırovun xarici hesablarını axtarmağa başladı



ABŞ-ın iki millət vəkili Çeçenistan rəhbərinin iddia edilən aktivləri ilə maraqlanıb.

Cenub.az Rusiya mediasına istinadən xəbər verir ki, Ramzan Kadırovun özü bu barədə danışaraq konqresmenlər Joe Wilson və Tom Malinowskinin nə istədiklərini izah edib.

Konqres üzvləri Kadırovun “xaricdəki biznesi və bank hesabları” tələbi ilə Dövlət Departamentinə müraciət ediblər. Dövlət Departamenti bunu nəzərə alaraq onun “Rusiya Federasiyasından kənarda, xüsusilə Yaxın Şərqdəki sahibkarlıq fəaliyyəti haqqında məlumat toplamağa” başlayıb.

Respublika başçısı Rusiyada və ya xaricdə heç bir biznesinin olmadığını, habelə ölkə xaricindəki banklarda pulu olmadığını vurğulayıb.

O, atlarının satışından əldə olunan gəliri övladları arasında bölüşdüyünü də söyləyib (Kadırov və həyat yoldaşı Medni 10 övlad böyüdür).

Çeçenistan lideri bir neçə ildir Amerika sanksiyaları altındadır.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10