![](/uploads/posts/2020-03/medium/1583648396_7aab39af-65c3-414e-b11d-3703c42515ac.jpeg)
Prodüser Tarix Əliyev (Tolik) "Hər şey daxil" verilişinin bağlanması ilə açıqlama verib.
Müsahibə verən Tolik verilişin bağlanma səbəbini qısa şərh edib:
"Elza xanım Mətanət xanımın oxuduğu mahnıdan stat gətirdi. Dedi ki, Mətanət at ola-ola özünü ulaqların yerinə qoyur. Bu da Mətanət xanımın xoşuna gəlmədi və qeyri-etik söz istifadə etdi. Veriliş bitən kimi iclas oldu. Murad müəllim gəldi və qərar verildi".
Prodüser proqramının bağlanmasında birbaşa müğənnilərin günahkar olduğunu bildirib:
"Sizin hər birinizi yaxşı tanıyıram. Bu dəfə sizin tərbiyəszliyinizin qurbanı oldum".
Tarix eyni zamanda işdən çıxarılmadığını və yeni verilişlə tamaşaçı qarşısına çıxacağını da qeyd edib. /Axşam.az