![](/uploads/posts/2020-03/thumbs/1583598953_2cdf316e-5fb9-493e-9203-b265ebd57780.png)
Martın 7-də səhər saatlarında Lerik rayonunun Çayrud kəndində torpaq sürüşməsi baş verib.
Təbii fəlakət nəticəsində kənd sakini Arif Əlirzayevə məxsus ev dağılıb. 1980-ci il təvəllüdlü A.Əlirzayev uçqun altında qalaraq ölüb.
Hadisə zamanı ailənin daha üç üzvü - A.Əlirzayevin həyat yoldaşı, oğlu və qızı isə müxtəlif xəsarətlər alıblar.
Yaralılar Lerik Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar, onlara ilkin yardım göstərilib. Hazırda yaralıların vəziyyəti normaldır.
![](/uploads/posts/2020-03/thumbs/1583599006_3b26a839-a9ed-4867-934b-23e309332251.png)
![](/uploads/posts/2020-03/thumbs/1583598989_33d225bd-719e-4ea0-b4af-62a229d759da.png)