Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Millət vəkili Məşhur Məmmədov Azərbaycan qadınlarını təbrik edir!



Əziz və dəyərli qadınlarımız!

Hamınıza doğma olan Beynəlxalq Qadınlar Günü ərəfəsində sizi bir millət vəkili, bir  ziyalı kimi təbrik etmək mənim üçün çox qürürvericidir.

Bizim üçün həmişə başucalığı  olub ki, ana bacılarımız isməti, nəcibliyi, abır-həyası,  ailə dəyərlərini uca tutması ilə daim seçiliblər.

Məlumatlıyam ki, uğurlarınız az olmayıb. Həm müəllim, həm həkim, həm iqtisadçı, həm sadə peşə sahibi, həm bələdiyə sədri, həm məktəb direktoru və digər sahələrin təmsilçisi kimi fərqlənənlər, öz sahəsinin öncülünə çevrilənlər  kifayət qədərdir.

Bu gün Masallı qadınlarının sorağı təkcə ölkənin müxtəlif yerlərindən yox, dünyanın aparıcı şəhərlərindən gəlir. Türkiyədə, ABŞ-da, Almaniyada Masallı qadınlarının adına şərəf gətirənlər az deyil.

Sizin qayğılarınızdan, problemlərinizdən də xəbərdaram. Bilirəm, işsiz qadınlarımız da var, ağır iqtisadi durum da olanı da,  gənclik yaşı ötsə də müxtəlif səbəblərdən ailə həyatı qurmayanları da.

Əsas hədəfimiz  masallılı qızlarımızın təhsilidir. Ən azından ona çalışacağıq ki, Masallıda tam orta təhsildən kənarda qalan, erkən nikahın qurbanına çevrilən bir nəfər də olmasın. Orta-ixtisaslılar, ali təhsillilər arasında Masallı qadınlarının sayı nəzərəcarpacaq dərcədə artsın. İstedadlı qadınlarımız, gənc qızlarımız üçün geniş imkanlar açılsın. 

Bunlar adi söz, vəd deyil. Bunlar lap yaxın vaxtlarda icrasına start verəcəyimiz işlərin çox kiçik bir qisminin siyahısıdır.

Yaxın aylarda, illərdə birgə əməyimiz nəticəsində Masallımız daha gözəl olacaq. Bu işlərdə siz qadınların da zəhməti az olmayacaq.

Bir daha hamınızın qadınlar bayramını təbrik edir, Sizə layiq olduğunuz daha böyük ucalıqlar arzulayırıq.  Hər bir qadının gücünə güc qatacağıq. Hamınıza uğurlar.

Məşhur Məmmədov, Millət vəkili.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10