“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə hadisə Masallı rayonunun Köhnə Zuvand kəndində baş verib. Belə ki, Bakı şəhər sakini 1968-ci il təvəllüdlü Seymur Vidadi oğlu Şirəliyevin idarə etdiyi “Niva” markalı avtomobil idarəetmədən çıxaraq təxminən 300 metrlikdən dərəyə yuvarlanıb. Hadisə zamanı avtomobildə hələlik adları məlum olmayan iki qadın və bir uşaq ölüb. Hadisənin şahidi olan Masallı rayon Köhnə Zuvand sənd sakini Şadoğlan Mansur oğlu Muradov ən ağır vəziyyətdə olan 1996-cı il təvəllüdlü Rəna Orxan qızı Mahmudovanı öz avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Hadisə barədə aidiyyati qurumları məlumatlandırıb. Daha iki yaralı da, sürücü S.Şirəliyev və 1996-cı il təvəllüdlü Nuray Orxan qızı Şirəliyeva 113 Təcili Yardım Xidməti avtomaşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Hər üç yaralı reanimasiya şöbəsində müalicə alır.
Faktla bağlı araşdırma aparılır.