Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Hər bir halda buna yüksək qiymət verilməlidir...”



Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuz rayonuna səfəri çərçivəsində Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin açılışında iştirak edib. Muzeyin eksponatları ilə tanışlıq zamanı Prezident İlham Əliyev aşıq sənətinin yayılma arealını əks etdirən xəritədəki toponimlərlərlə bağlı iradlarını da bildirib.

Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı Tovuzda Aşıq Sənəti Dövlət Muzeyinin yaradılmasını yüksək qiymətləndirərək, buna görə ölkə başçısına minnətdarlıq edib:

“Doğrusu, Aşıq Sənəti Dövlət Muzeyində olmamışam, amma mütləq Novruz bayramında ora baş çəkəcəm. Bu çox təqdir olunan bir şeydir, dövlətin aşıq sənətinə böyük marağı, diqqəti var. Bunların hamısı böyük uğurlardır. Mən bir ziyalı kimi cənab prezidentə təşəkkür edirəm, çünki o, aşıq sənətinə bu cür qayğı göstərib. Muzeyə baş çəkəndən sonra daha geniş şəkildə fikirlərimi bildirəcəm. Hər bir halda buna yüksək qiymət verilməlidir”.
moderator.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10