![](/uploads/posts/2020-03/medium/1583419406_a5824e86-fb06-4787-98c8-4771bf85fe74.png)
Kristina Martirosyan adlı erməni qadın Rusiyanın tanınmış müğənnisi Alla Puqaçovanı məhkəməyə verib.
Bu haqda məlumatı RİA Novosti agentliyi yayıb.
İddia martın 4-də məhkəməyə daxil olub. Ancaq sənətkarın nədən məhkəməyə verildiyi haqda bilgi verilmir.
Güman olunur ki, Puqaçovaya qarşı iddialar Yamal-Nenets dairəsində fəlaiyyət göstərən, çörək və şirniyyat istehsalı ilə məşğul olan qadın sahibkar tərəfindən verilib.
Məlumdur ki, Pugaçova “Kristina” markasına sahibdir. Martirosyanın da ərzaq tədarükü ilə məşğul olan eyniadlı şirkəti var.
Babək Göyüş
KONKRET.az