Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Şakir Abuşovun 70 yaşına…


Həssasduyğusal, həyat eşqi ilə dolu adamdır. Yaşıyetmişi haqlasa da tükənməz arzuları var. Rahatlığısevirəminamanlığa üstünlük verir. Məntiqlidanışmağıfəlsəfi fikirlər yürütməyi bacarır. Heçzaman şəxsi maraqları üçün kiməsə ağız açmırheçkəsin haqqına kəm baxmırabırlı insanlardandır. İtizəkasısilinməz yaddaşı var. Mənəvi dəyərlərəsədaqətlidir. Bəzən qərar verməkdə çətinlik çəksə son qərarı mükəmməl olur. Daxili aləmi çox zəngindirsəxavəti ilə ətrafındakı insanları məmnun etməkdənzövq alır. İradəsisəbri ona zirvələri fəth etməkdəhəmişə yardımçı olur. Təəssübkeştəvazökaruzaqgörəndir

 

Ömür-gün yoldaşı Sədaqət xanım ixtisascamüəllimdirMəryəm adında qızıFərid adında öğluvar

 

Uşaqlıq illəri Masallıdadoğulduğu Qızılağac kəndindəkeçib. Zəkəriyyə kişinin halal süfrəsinin təamları iləböyüyüb. Bu halallıq qanınailiyinə işləyib. Heç vaxthaqqı nahaqqa satmayıb. İnsanlıq ömrünün meyarıolub. Əmək fəaliyyətinə Masallı rayonunun “Kalinin” adına sovxozunda başlayıb. Hərbi xidməti başa vurduqdan sonra Sumqayıta yol alıb. Azərbaycan Dövlət Universitetində oxuya-oxuya Səthi Aktiv Maddələr zavodunda aparatçı işləyib. Sonralar zavodun komsomol komitəsinin katibi, Sumqayıt şəhər partiya komitəsində təlimatçı, şöbə müdirinin müavini, şöbə müdiri, partiya komitəsinin katibi vəzifələrində çalışıb. 1991-ci ildən 1993-cü ilədək Sumqayıt şəhər Xalq Deputatları Sovetinin sədri olub. Yeddi ilə yaxın Sumqayıt şəhərinə rəhbərlik edib. Hazırda təqaüddədir...

 

Deyir ki,- Mən dövlətimi, xalqımı çox sevirəm. Bütün ömrüm boyu çalışmışam ki, vətənimə fayda verim, insanlara gərəkli olum”...

 

Haqqında söhbət açdığım Şakir Abuşov bir başqa aləmdir. Heç vaxt vəzifəsindən sui istifadə edərək kiminsə qəlbini qırmayıb. Məmurlara qarşı nə qədər tələbkar olsa da, sadə adamlara bir o qədər diqqətli olub. Elə ona görə də yaşadığı Sumqayıt şəhərində böyük nüfuzu var, sakinlər tərəfindən etiramla qarşılanır. Heç kim onun haqqında mənfi rəy söyləmir. Hər dəfə xeyir-şər məclislərinə daxil olanda isti münasibət görür...

 

Uca boyu, şux qaməti görkəminə xüsusi yaraşıq verir. Kübarlığı, zadəgan davranışı ilə seçilir. Dinləyərkən çox təmkinlidir. Həmsöhbəti susmayınca fikir bildirməz. Ağsaqqal təfəkkürü, zəngin dünyagörüşü hər kəsi heyran edirİllərin sınağından alnıaçıq, üzüağ çıxdığı üçün xalq tərəfindən sevilir...

 

Səyahət etməyi xoşlayır. Duyğusal olduğu üçün şeirə-poeziyaya xüsusi rəğbət bəsləyir. Muğamı, xalq musiqisini dinləməkdən zövq alır...

 

Həmyaşıd olduğu Sumqayıtın həyatında özünəməxsusyeri var. Daha doğrusu, bu şəhərin yaddaşında adı tarixə düşən sabiq rəhbərlərdən biridir... 

 

Dünya yaranandan üzü bəri insanlar arasında ictimai-siyasi quruluşlara uyğun müxtəlif adlar və titullar olub. Zaman ötdükcə bu ad və titullar adiləşərək öz mahiyyətini itirsə də, heç vaxt adiləşməyən bir dəyər var- Yaxşı adam! Bəli, Şakir Zəkəriyyə oğlu Abuşov Yaxşı adam kimi insanların yaddaşına həkk olunub.

Martın 20-də Onun 70 yaşı tamam olur. İnanıram ki, həmin gün Sumqayıt ictimaiyyəti bu nurlu insanın işığına toplaşaraq, Ona olan rəğbətlərini ifadə edəcəklər. Qoy, etiramla qələmə aldığım bu yazıtəbriklər sırasında ilk olsun!..

 

Elman Eldaroğlu






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10