Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Terminalogiya Komissiyası uşaqlara rus adı qoymağı qadağan edib – Tatyana, Pavel, Pyotr niyə “qara siyahı”ya düşüb?



Nazirlər Kabineti yanında Terminologiya Komissiyası Azərbaycanda doğulan uşaqlara rus adları qoyulmasını qadağan edib. 

Cenub.az bildirir ki, bu qəribə açıqlamanı Komissiyanın sədr müavini Sayalı Sadıqova oxu.az-a müsahibəsində bildirib.

“Siz uşaqlarınızın adını Pyotr yaxud Pavel adlandıra bilərsiniz? Bunlar rus adlarıdır və azərbaycanlılar uşaqlarına bu adları qoya bilməzlər. Bizim alimlər adlarla bağlı bütöv sistem hazırlayıblar. Məqsədimiz dilmizi yad təsirdən qorumaqdır. Həmçinin Tatyana adını qoymaq da qadağan olunub. Biz rus adlarını Azərbaycana gətirə bilmərik”- deyə S. Sadıqova vurğulayıb.

Onun sözlərinə görə, azərbaycanlılardan başqa digər millətlər öz uşaqlarına istədikləri adı qoya bilərlər. “Biz dilin ədəbi normaları qaydaları əsasında hərəkət edirik”.

Bununla yanaşı o qeyd edib ki, ölkədə Avropa adlarına qadağa qoyulmayıb.

S.Sadıqovanın bu sözləri rusdilli azərbaycanlıalr arasında birmənalı qarşılanmayıb.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10