Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Zorlamaya görə həbs olundu, azadlığa çıxdıqdan sonra eyni qıza təcavüz etdi


Sosial şəbəkədə tanış olduğu 13 yaşı qızı zorladıqdan sonra həbsxanaya düşən 23 yaşlı M.K. azadlığa çıxdıqdan sonra əməlini təkrarlayıb.

“HaberGlobal”ın məlumatına görə, hadisə Türkiyənin Zonquldak şəhərində qeydə alınıb.

Bildirilir ki, zərərçəkən A.O. bununla bağlı məhkəməyə müraciət edib. Onun sözlərinə görə M.K. azadlığa çıxdıqdan sonra ona zəng edib və bir şey vermək istədiyini deyib. Qız görüşə getdikdə isə oğlan onu meşəyə apararaq təcavüz edib. Nəticədə, qız hamilə qalıb.

Şübhəli isə ittihamları qəbul etməyərək, həbsdən çıxdıqdan sonra onunla əlaqə yaratmadığını bildirib.

“A.O. mən azadlığa çıxdıqdan sonra bir neçə dəfə qapıma gəldi. Hətta polisə şikayət etdim. Kimdən hamilə qaldı, bilmirəm”, - deyib.

Təqsiri sübut olunacağı təqdirdə şübhəlini 26 ilə qədər həbs cəzası gözləyir.(oxu.az)





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10