Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı İH Başçısının 1-ci müavinliyinə ən real namizəd- Təhmasib İbrahimov



Bu günlərdə Masallıda ən qızğın müzakirələrin mövzusu dünən postu ilə vidalaşmış Nadir Abıyevin əvvəlki postuna kimin namizəd olmasıdır. Dünən bizim FB səhifəmizdə bu barədə paylaşdığımız statusa onlarla rəy gəldi. Ən çox 5-6 nəfərin adı hallandı. Amma redaksiyamıza daxil olan məlumata görə müzakirələr ən çox digər şəxsin üzərində cəmləşib. Bu şəxs sabiq polis rəisi, polis polkovniki Təhmasib İbrahimovdur.

Məhz niyə Təhmasib İbrahimov?

  1. T. İbrahimov Şahin Məmmədov Ağcabədidə icra başçısı işləyəndə o, bu rayonda polis rəisi işləyib və Şahin müəllimlə olduqca yaxın və dost olublar. Hətta, az qalıb qohum olsunlar. Yəni, bir-birlərinə yad adam deyillər.
  2. T. İbrahimov Masallıda kifayət qədər nüfuzlu bir ailənin nümayəndəsidir. Onun atası, ərkivanlı Daxıl kişi  uzun müddət "Çörək Zavodu"nun rəhbəri olub. Bu ailə həmişə xeyirxahlığı ilə seçilib.
  3. T. İbrahimov Masallı rayonunda böyüyyb başa çatıb.7 Necə deyərlər,  “rayon uşağıdır” və rayonda əksəriyyət insan, müxtəlif qruplar tərəfindən  hörmətlə qəbul edilən şəxsdir. 7 qardaş, 3 bacı olublar.
  4. T. Ibrahimov istər Masallı polis şöbəsində, istər Azərbaycan Hava Yollarında məsul vəzifələrdə çalışanda, istərsə də Ağcabədi, Suraxanı, Salyan rayonlarının polis rəisi işləyərkən həmişə yaxşı işləri, peşəkarlığı, cəsarəti və xeyirxahlığı ilə yadda qalıb.
  5. T. İbrahimovun kifayət qədər maddi imkanlı və çox nüfuzlu ətrafı var.

 

Qısası, məlumatı paylaşdığım bir çox rayon ağsaqqalları, ziyalıları bildirdi ki, Şahin müəllimin ilk ciddi kadr dəyişikliyi əslində onun kadr siyasətinin, intellektinin göstəricisi olacaq. Ona görə, 1-ci müavin postuna Təhmasib İbrahimov, yaxud onun kimi ciddi ictimai nüfuza malik bir şəxsin təyin olunmasının həm rayon, həm də icra hakimiyyəti üçün faydalı ola bilər.

Bütün bunlarla yanaşı, o da qeyd edilir ki, Təhmasib İbrahimov bu posta gəlməyə maraqlı deyil. Artıq 63 yaşı olan bu şəxs siyasətdən uzaq olmağa çalışır.

Bu yazının  FB səhifəmizdə paylaşacağıq. Rəyləriniz çox dəyərlidir. Sizi səmimi, obyektiv müazkirəyə səsləyirəm.

Zahir Əmənov.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10