![](/uploads/posts/2020-03/medium/1583252160_c4143e2c-4758-4999-a763-0311051d29bf.jpeg)
Rusiya mediası bu gün Suriya səmasında daha bir Suriya təyyarəsinin vurulması haqqında məlumat yayıb. Məlumatda türk əsgərlərinə hücumlardan sonra Türkiyənin Suriyada hərbi əməliyyatları genişləndirdiyi, Əsəd ordusunun mövqelərinə güclü zərbələr endiridiyi qeyd olunub.
Bundan öncə, türk ordusunun Suriyada iki Su-24 təyyarəsini vurması faktını heç cür qəbul etmək istəməyən, bunun dezinformasiya olması ilə bağlı əsassız xəbərlər yayan Rusiya, bu kəs Əsəd ordusuna məxsus təyyarənin vurulmasına tamam fərqli reaksiya verib. Daha doğrusu, təyyarənin türk hərbçiləri tərəfindən vurulması faktı nəinki təkzib olunmayıb, əksinə, bundan qəribə sevinc və məmnunluq hissi ilə bəhs edilib. Buna səbəb isə vurulan təyyarənin Rusiya deyil, Çexoslavakiya istehsalı olması ilə bağlıdır.
Görünən odur ki, Su-24 təyyarələrinin türk əsgərləri tərəfindən vurulması faktından ciddi narahatlıq keçirən, bu hadisənin rus döyüş təyyarələrinin dünyadakı nüfuzuna, eləcə də silah ticarətinə mənfi mənada təsir göstərəcəyindən ehtiyatlanan Rusiya, bu dəfə başqa dövlətə məxsus təyyarənin vurulmasında təsəlli axtarmaqdadır.
Xatırladaq ki, Suriya səmasında Rusiya istehsalı olan təyyarələrin vurulmasından sonra Kreml bu ölkəyə hava hücumundan müdafiə sistemləri göndərməyə qərar verib.