Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Koronavirusla bağlı vəziyyət pisləşəcək - XƏBƏRDARLIQ



Avropa İttifaqı üzv ölkələr arasında koronavirus infeksiyasının yayılması riskini orta səviyyədən ən yuxarı dərəcəyə qaldırıb.

Bu barədə mətbuat konfrasnında Aİ Komissiyasının sədri Ursula fon der Layen bildirib.

Komissiya sədrinin sözlərinə görə, Avropa Birliyi bütün dərəcələrdə virusun yayılmasının qarşısının alınması üçün tədbirlər görməkdədir. Lakin o, bununla belə situasiyanın pisləşmə ehtimalının olduqca yüksək olduğunu etiraf edib. Bunun üçün Avrokomissiya əlavə olaraq 230 milyon avro pul ayırıb.

Hazırda Birliyin səhiyyə strukturları Qoca qitənin ən güclü İttifaqının 18 ölkəsində 2,1 min yoluxma halı müəyyən edib. Onlardan 54-ü artıq dünyasını dəyişib. Avropa Birliyi yaranmış vəziyyətlə əlaqədar bu ilin mart ayının 6-da səhiyyə nazirlərinin fövqəladə toplantısını keçirəcək.

Epidemiyanın episentri İtaliyanın Lombardiya əyaləti isə əsl fəlakət günlərini yaşayır. Əyalətin demək olar ki, bütün iqtisadi, mədəni, sosial həyatı çöküb.

Fransanın “Le Figaro” qəzetinin yazarı Valeri Seqon Milandakı acınacaqlı mənzərəni təsvir edən yazı qələmə alıb.

Jurnalistin danışdırdığı Marko Kasta adlı taksi sürücüsü hakim orqanlara qəzəblidir: “Elə bil, vəba faciəsidir. İnsanları qriplə niyə qorxudurlar. Mən müştərilərimin ən az 50%-ni itirmişəm. Bilirəm ki, Fransa və Almaniyadan fərqli olaraq burada böhran aylarla davam edəcək”,-deyə o danışıb.

Milanın ən populyar otellərindən, sifarişlərin aylar öncə verildiyi, Forçello küçəsində yerləşən “Magna Pars” oteli indi boş olduğuna görə bütün personalı müddətsiz məzuniyyətə buraxıb.

Ölkənin populyar qəzetlərindən “La Stampa”nın əməkdaşı Paolo Kolonello bütün teatrların, o cümlədən məşhur “La Skala” opera teatrının tamaşalarının durdurulduğunu açıqlayıb.

Moda dünyasının mərkəzlərindən biri sayılan İtaliyanın Moda assosiyasının prezidenti Karlo Kapasa isə ilk 6 ayda sektorun ən az 4 milyard dolar zərər edəcəyini bildirib.

Milanda Çin restoranı işlədən Françesko Vu isə artıq insanların onlardan qaçmasından şikayətlənib. O, ticarət dövriyyəsinin 80%-ni itirdiyini, buna görə hər kəsin gəldiyi restoranı bağlamağa məcbur qaldığını söyləyib. Ticarət üzrə federasiyaya rəhbərlik edən Françesko Vu ölkədəki 6 min məşhur restoranın hər gün 10 milyon avro pul itirdiyini bildirib.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10