İcra başçısı bu qərarını bu günkü ənənəvi səhər iclasında bildirib
Masallı Rayon İcra hakimiyyətinin Başçısı Şahin Məmmədov 1-ci müavini Nadir Abiyevlə yollarını ayırmaq qərarına gəlib. Bu gün, mart ayının 2-də İcra hakimiyyətində keçirən həftəlik səhər iclasında İcra Başçısı bu barədə açıqlama verib. O bildirib ki, Nadir Abiyevin 2 il öncə pensiya yaşı çatıb. O, bu müddətdə öz fəaliyyətini müqavilə ilə davam etdirib. Sabah isə, onun müqaviləsi bitir. Buna görə, müqaviləni yenidən artırmaq fikrimiz yoxdur. Sabaha qədər müvafiq sənədləri və otağa təhvil verin. Verilən məlumata görə, Abiyev icra başçısının bu qərarını narazılıqla qarşılayıb və etirazını bildirib. Sabaha qədər gözləyək.
Xatırladaq ki, Abiyev Nadir Mikayıl oğlu 1953-cü ildə anadan olub. 2006-ci ilin mart ayından 1-ci müavin işləyir. O vaxtlar icra başçısı işləyən Oqtay Əlievin vaxtında həmin vəzifəyə gətirilib. Otay Əlievdən sonrakı icra başçıları-Qəzənfər Ağayev və Rafil Hüseynov 13 il onunla “küsdüm-küsdüm” oynasa da, gah aylarla dindirməyib, hətta tapşırıqq verməyib məsafədə saxlasalar da, arada Dövlət Qulluğunda Fərqlənməyə görə 2-ci dərəcəli orden versələr də onunla vidalaşmağa gücləri çatmadı. Şahin Məmmədov fəaliyyətinin 100 gününu qeyd etdiyi məqamlarda, həm də Nadir Abiyevin ad günü ərəfəsində onunla vidalaşmağa qərar verib. Artəq sənədləşdirmə aparılır. Həmçinin icra başçısının baş mühasibinin də vəzifəsi ilə vidalaşmağa hazırlaşdığı qeyd edilir. Xatırladaq ki, Nadir Abiyev Daşkəsənin İcra Başçısı Əhəd Abyevin vəı hazırda “Telekomun” rəisi Səməd Abıyevin qardaşıdır
Əgər 3 ay öncə, bir uşaq bağça müdirinin işdən azad edilməsini nəzərə almasaq, bu Şahin Məmmədovun ilk kadr dəyişikliyidir.