![](/uploads/posts/2020-03/medium/1583132074_1e7d781b-71ad-4067-8434-de09142468ae.jpeg)
Qətllər, həbslər, yoxlamalar
Bu il fevral ayının sonuncu həftəsini Masallı üçün “Qara həftə” adlandırsaq, səhv etmərik. Həmişə sakit həyatı, milli adət-ənənələrə sədaqəti ilə seçiolən Masallıda ötən həftə bir sıra xoşagəlməz hadisələr baş verdi.
Belə ki, həftənin ilk günü rayonun Təzəkənd kəndində gənc ailə başçısı 21 yaşlı həyat yoldaşını və qaynını güllələdi. 43 yaşlı qaynanası və özü isə ağır yalanaraq xəstəxanaya yerləşdirildi. Hadisənin kökündə və sonucunda isə olduqca biabırçı, hətta mətbuata açıq çıxarılması məqbul sayılmayan hadisələr durur.
İki ailəni məhv edən güllələnmələr
Təzəkənddəki qanlı olayın səhəri günü əslən Yardımlıdan olan, lakin uzun müddətdir ki, Masallı şəhərində yaşayan “Baron Şəmi” adlanan Şəmsəddin və 2 uşaq atası olan oğlu torpaq üstündə qardaşı (bəzi mənbələrə görə qardaşı oğlu) tərəfindən güllənərək öldürüldü. Günahkar həbs olundu.
Masallı DSMF-də “Banditotel” əməliyyatı
Həftənin sonuncu günləri, fevralın 28-dən 29-na keçən gecə Masallıda son illərin ən haylı-küylü korrupsiya əməliyyatı keçirildi. Belə ki, Banditizmə və Terrorçuluğa Qarşı Mübarizə İdarəsinin əməkdaşlırı Masallı DSMF-nin məsul şəxsi Mətləb Məmmədovu, onun qardaşı və qaynını külli miqdarda plastik kartla yaxalayıb və evlərində axtarış apardıqdan sonra özləri ilə Bakıya aparıblar.
Qeyd: Hər 3 olayla bağlı cenub.az saytımız öz səhifələrində operativ və geniş yazılar çap edib.
Şəhər 1 saylı məktəbin “göyləri od içində”
Masallının ən çoxsayı (200-dən artıq müəllim, 1600-dən artıq şagird) tam orta məktəbində Təhsil Nazirliyinin Nəzarət İdarəsi ciddi yoxlamalara başlayıb. Ortada saxta attesttlardan, saxta möhürləmələrə qədər biabırçı qüsurlar aşkarlanıb. Hələlik araşdırma bitmədiyi, eləcə də məktəbin yarı rəsmi, yarı qeyri-rəsmi “patronu” bərk xəstə oolduğu üçün hələlik detallara varmırıq.
Təəssüf ki, bunlar həftənin acılarının tam xülsasəsi deyil.
Növbəti, bu gün başlayan yeni iş həftəsini isə xoş xəbərlərlərlə qarşılamq ümidindəyik.
Cenub.az