Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bu Avropa ölkəsində ictimai nəqliyyat pulsuz oldu


Lüksemburqda fevralın 29-dan başlayaraq ictimai nəqliyyatın bütün növləri – dəmir yolu (birinci növ qatarlar istisna olmaqla), avtobuslar (gecə reysləri istisnadır) və tramvaylar pulsuz xidmət göstərəcək.

Bu barədə Korrespondent.net məlumat yayıb.

Bildirilir ki, bundan öncə belə tədbirlər ayrı-ayrı şəhərlərdə icra edilsə də, ilk dəfə bütün ölkə daxilində həyata keçirilir.

Hökumət bu addımı avtomobil yollarının yükünün azaldılması üçün atdıqlarını bildirib. Çünki hər gün 200 minə yaxın insan Almaniyadan, Fransadan, Belçikadan Lüksemburqa işə gəlirlər.

Qeyd edək ki, Lüksemburqun əhalisi 607 min nəfərdir.(oxu.az)





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10