Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Türkiyə “Bahar qalxanı” əməliyyatını bəyan etdi



Türkiyə Suriyanın İdlib vilayətində “Bahar qalxanı” əməliyyatı keçirdiyini rəsmən bəyan edib.

Cenub.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, ölkənin Müdafiə naziri Hulusi Akar 27 fevralda başladılan əməliyyatın uğurla davam etdirildiyini bildirib.

Onun sözlərinə görə, indiyədək 1 PUA, 8 helikopter, 203 tank, 72 top, 3 hava hücumundan müdafiə sistemi və 2212 rejim hərbçisi məhv edilib.

“Rusiya ilə qarşı-qarşıya gəlmək kimi nə niyyətimiz, nə də məqsədimiz var. Məqsədimiz rejimin qətliama son verməsinə nail olmaqdır”- deyə o, qeyd edib.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10