Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallıda “DSMF əməliyyatı”


Mətləb Məmmədovun, eləcə də qardaşının və qaynının saxlandıqları ilə bağlı məlumatlar yayılıb


Cenub.az-a Masallidakı “DSMF əməliiyatı” ilə bağlı maraqlı məlumat daxil olub. Həmin məlumatda deyilir ki, fevralın 28-dən 29-na keçən gecə Masallı rayonunun Təzə Alvadı kəndindəndəki bankomatdan üstlərində külli miqdarda kart olan şəxslər yaxalanıb.Həmin şəxslərin Masallı DSMF-nin aparıcı mütəxəssisi Mətləb Məmmədovun qaynı və qardaşı olduğu bildirilir.

Cenub.az-a daxil olan məlumatda deyilir ki, əməliiyatı Banditizm və Terrorizmə Qarşı Mübarizə İdarəsi keçirib. Əməliyyatçılar gecə ilə Mətləb Məmmədovun qardaşı və qaynını tutduqdan sonra onun Masallının Həsənli kəndindəki möhtəşəm evinə gəliblər. Onun evindən əlavə olaraq 100-dən artıq kart, külli miqdarda pul, bir neçə bahalı maşın və digər sübutlar götürlüdüyü deyilir. Onun Bakıda, Türkiyədə mülkləri olduğu barədə də məlumatlar dolaşır.

Həmçinin deyilir ki, hər 3 şəxs- Mətləb Məmmədov və onun yaxın qohiumları elə gecə ilə saxlanılaraq əməliiyatçılar tərəfindən Bakıya aparılıb.

Yayılan xəbərlərdə o da var ki, həmin gecə Həsənlidə bir çox adamlara kart paylanılırmış.

Cenub.az xatırladır ki, Mətləb Məmmədov Masallı rayonunun Həsənli kəndində anadan olub. 3 bacının yeganə qardaşıdır. 50-yə yaxın yaşı, 4 övladı  var. Uzun müddətdir ki, sosial müdafiə sistemində çalışır. Onun əməllərini reallaşdırmaq üçün xüsusi dəstəsi var imiş. Bundan əlavə həmin kənddə digər bir neçə “pensiya  və sosial düzəldən” qrup var.

Olayla bağlı bir neçə rəsmi şəxsə müraciət etsək də bəzilərinin telefonu cavab vermədi, bəziləri isə məlumatı təsdiqləsə də  detalları barədə məlumatsız olduqlarını bildirdilər.

Maraqlı tərəflərin sözü olarsa, onlara da yer ayırmağa hazırıq.

Eləcə də bu barədə əlavə məlumatı olanlar FB-dəki şərh bölümümüzə yaza bilər.

Hardasa yanlışlığa yol verdiksə, əvvəlcədən üzürxahlıq edirik.

Zahir Əmənov. Cenub.az

Qeyd: Masallı Şəhər 1 saylı tam orta məktəbindən də “ala-bula” xəbərlər gəlir. Sabah, “Masallının “qara həftəsi” yazısını izləyin”






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10