Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Tibbi dəyişdirən beş texnologiya



Səhiyyə rəqəmsal texnologiyaların tətbiqinə uzun müddət müqavimət göstərən son sektor olub, halbuki, bank xidmətləri, pərakəndə satış və media kimi digər sahələrdə uzun müddətdir bu texnologiyalardan istifadə edilir.

Bununla belə, hazırda səhiyyə sahəsində rəqəmsal texnologiyalar getdikcə daha çox tətbiq olunmağa başlayıb.

“Business Insider Intelligence”in mütəxəssisləri səhiyyəni dəyişdirən və bu sahədə rəqəmsal texnologiyaların istifadəsini genişləndirən beş əsas amili müəyyən ediblər.

Səs köməkçiləri


Amerika terapevtlərinin 47%-i öz peşəkar fəaliyyətində səs köməkçilərindən istifadə etməkdə maraqlıdır. Sənədlərlə işləmək kimi inzibati məsələlərin həllinə səhiyyə xərclərinin 30%-dən çoxu gedir. Ekspertlərin proqnozuna əsasən, səhiyyədə virtual köməkçilər bazarı 2025-ci ilə qədər 3,5 milyard dollara çatacaq.

Daşınan qurğular


İstehlakçılar arasında daşınan qurğuların istifadə səviyyəsi 2014-cü ildə olan 9%-dən 2018-ci ildə 33%-ə qədər artıb. Ekspertlər qeyd edirlər ki, bu cür qurğular istifadəçiləri daha sağlam həyat tərzi sürməyə məcbur edən motivator ola bilər. Bu isə öz növbəsində, ürək-damar xəstəliklərinin riskini 30% azaldır.

Ekspertlər fitnes-treker və tibbi göstəricilərlə bağlı digər daşınan cihazların sayının 2023-cü ilə qədər yalnız ABŞ-da 120 milyonu aşacağını proqnozlaşdırırlar.

Teletibb


Teletibb müasir telekommunikasiya texnologiyalarının köməyi ilə məsafədən tibbi yardımın göstərilməsi və ixtisaslaşdırılmış məlumatların mübadiləsi üsullarından istifadə edir. Analitiklərin proqnozuna görə, belə alətlər hər il 1,2 milyard hadisənin 42-45%-də kömək edə bilər.

Lakin teletibb xidmətləri göstərən tibb müəssisələrinin payı 2017-ci ildə olan 63%-dən 2018-ci ildə 74%-ə qədər artıb.

Müştərilərin 57%-i teletibb vasitələrindən ümumi məsləhət üçün istifadə etməyə hazır olduqlarını qeyd edirlər.

Süni intellekt


Süni intellekt xəstəliklərin diaqnozunu insandan 100 dəfə daha sürətli qoya, müalicə xərclərini 50%-ə qədər azalda bilər, həmçinin potensial olaraq müalicənin uğurlu aparılmasını 40% artıra bilər.

Ekspertlər vurğulayırlar ki, süni intellekt vasitəsilə xəstəxananın personalının işinin 40%-ni 2030-cu ilə qədər avtomatlaşdırmaq olar.

Tibdə nəqliyyat


ABŞ-ın səhiyyə sistemində nəqliyyat xərcləri ildə 150 milyard dollara çatır.

Analitiklərin qiymətləndirmələrinə görə, ABŞ-da təxminən 3,6 milyon nəfər nəqliyyat problemi səbəbindən tibbi təyinatlar almır.

Beləliklə, nəqliyyatın və müvafiq infrastrukturun inkişafı tibbi xidmətin keyfiyyətinə ciddi təsir göstərə bilər.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10