Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

NATO qoşunları Qızıl Meydana kimi gələ bilər – Kreml təsdiqlədi, millətçilər ayağa qalxdı...



Bu il faşizm üzərində qələbənin 75-ci ildönümü ilə əlaqədar olaraq Moskvada böyük hərbi paradın keçirilməsi gözlənilir. Hansı ki, sözügedən paradda Azərbaycan hərbçiləri də iştirak edəcək.

 

Rusiya mediası xəbər verir ki, 9 may paradında Fransanın timsalında NATO qoşunlarının da iştirakı gözlənilir ki, bu da Rusiya cəmiyyətində fikir müxtəlifliyinə səbəb olub. Belə ki, Rusiyanın sözügedən paradda iştirakla bağlı Fransaya göndərdiyi dəvətnaməyə rəsmi Parisin cavabı hələ məlum olmasa da, rus millətçiləri bu qərarın doğru olmadığı qənaətindədir. Onların fikrincə, bir NATO ölkəsinin Kreml qarşısında təntənəli yürüş təşkil etməsi dolayısı ilə Rusiyaya meydan oxumaq kimi dəyərləndirilə bilər. Bu səbəbdən də onlar Fransa dövlətinə ünvanlanan bu dəvətdən imtina etməyin vacibliyi qənaətindədir.

 

Lakin Rusiya cəmiyyyətində nəinki Fransa, həmçinin Böyük Britaniya və ABŞ ordularının da bu paradda iştirakını normal hesab edənlər az deyil. Onların fikrincə, faşizm üzərində qələbə müttəfiq dövlətlərin birgə səyi hesabına qazanılıb və bu baxımdan da paradda bütün müttəfiq dövlətlərin təmsilçilərinin iştirakında qeyri-adi heç nə yoxdur.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10