![](/uploads/posts/2020-02/medium/1582993575_66965741-dfbf-478e-9d82-6d4025d56ada.jpeg)
“Global Firepower”in 2019-cu il hesabatına görə Türkiyə Silahlı Qüvvələri dünyanın ən güclü ordularının reytinqindədir.
Cenub.az xəbər verir ki, siyahıda Tükiyə 9-cu, Suriya ordusu isə 50-ci yerdə qərarlaşıb. 137 ölkə arasında keçirilən sorğu nəticəsində ABŞ birinci, Rusiya ikinci, Çin üçüncü, Hindistan dördüncü, Fransa beşinci, Yaponiya altıncı, Cənubi Koreya yeddinci, Birləşmiş Krallık səkkizinci yerdə qərarlaşıb.
Uzun zamandır ölkədaxili müharibələrin davam etdiyi Suriya ordusunun siyahıda 50-ci yerdə qərarlaşması diqqəti cəlb edib.