Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Onlara laqeyd olan ölkə intihar edir - Dahilər müəllimlər haqda nə deyir?



Son vaxtlar Azərbaycan müəlliminin cəmiyyətdə mübahisəli imic yaratdığını nəzərə alaraq, dahi şəxsiyyətlərin bu peşə sahibləri haqqında fikirlərini təqdim edirik.

Sokrat: Dünyada hər şeyə dəyər biçilə bilər, amma müəllimin əsərinə dəyər biçilməz. Çünki onun əsəri hər şeydir, həm də heç bir şeydir.

Həzrəti Əli:Mənə bir hərf öyrədənin, qırx ili qulu olaram.


Volter: Məktəbdə oxuduqları ilə kifayətlənməyənlər, müəllimləri ilə söhbət edən uşaqlara bənzərlər.

Albert Eynşteyn:Müəllimə qarşı laqeyd olan ölkə intihar edir deməkdir.

Tomas Addison: Mərmər heykəltəraş üçün nədirsə, müəllim də uşağa odur.

Henri Adams: Müəllim əbədiyyətə hökm edən insandır. Təsirlərinin harada bitəcəyi bilinməz.

Image result for müəllim

Mustafa Kamal Atatürk: Bir cəmiyyət milli ola bilmək üçün mütləq müəllimlərə və tərbiyəçilərə möhtacdır.

Anton Çexov: Müəllimlərə heç kimə olmadığı qədər təminat yaratmaq məcburiyyətindəyik. Bunu da tez bir zamanda etməliyik. Çünki xalq, hər tərəfdən kifayət qədər təhsil görməsə, dövlət yaxşı bişməyən kərpicdən hörülən bir ev kimi çökər. Müəllim eynən bir sənətkar kimi işinə aşiq olmalıdır.

Oşo: Öz qəlbini dinləməlisən, o sənin yeganə müəllimindir.

Stepan Kinq: Müəllimliyin ən yaxşı tərəfi bilirsiniz nədir? Bir uşağın bacarığını kəşf etdiyi ana şahid olmaq. Dünyada bununla müqayisə oluna biləcək bir şey yoxdur.

Con Steynbek: Gəldiyim qənaət budur ki, yaxşı müəllim yaxşı bir sənətkardır. Digər böyük sənətkarlar kimi onların da sayı azdır. Hətta çalışdığı sahə insan ağlı və ruhu olduğu üçün müəllimlik sənətkarların ən böyüyü belə ola bilər.

Tolkien: Ən yaxşı müəllim yanan əldir. Ondan sonra atəşə qarşı verilən öyüd könülə qədər enər.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10