Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Azərbaycanda kimlər koronavirusa yoluxa bilər? – Risk SİYAHISI


Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargah Azərbaycanda ilk koronavirus (COVİD-19) infeksiyasına yoluxma faktının qeydə alındığını təsdiq edir.

Azərbaycanda bundan sonra koronavirusa yoluxma riski qrupuna kimlərin daxil ola biləcəyini araşdırıb.

Səhiyyə Nazirliyinin baş epidemioloqu, Azərbaycan Tibb Universitetinin Epidemiologiya kafedrasının müdiri professor İbadulla Ağayev da bir çox xəstəliyi olanların daha ehtiyatlı olmasını bildirib.

Risk qrupuna daxil pasiyentlər:

- Vərəm xəstələri
- Bronxit və pnevmoniyası olanlar
- Leykoz xəstələri

- Onkoloji xəstələr
- Astma və bronxial allergiyası olanlar
- Ağır əməliyyat keçirmiş şəxslər

- Hamilələr
- Yaşı 60-dan yuxarı və xroniki xəstəliyi olan yaşlılar
- Diabet xəstələri

- Çox siqaret çəkənlər
- Kəskin ürək-damar, tənəffüs çatışmazlığı olanlar
- QİÇS, sifilis xəstələri
(medicina.az)





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10