Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı Mərkəzi Xəstəxanasını polislər qoruyur



Cenub.az bildirir ki, fevral ayının 27-dən başlayaraq Masallı Rayon Mərkəzi Xəstəxanası bağlınıb. Bu gün, fevralın 28-də səhər vaxtı adı çəkilən xəstəxanaya getdik.  Binanın girişində xeyli maşın olsa da, giriş darvazası bağlı olduğundan içəri adam buraxılmırdı. Darvazanın arxasında 10-a yaxın polis işçisi dayanmışdı. Bildirirdilər ki, xəstəxana karantindədir. Xəstələr Lənkəran, yaxud Masallının Boradigah qəsəbəsindəki xəstəxanalara getsinlər. Doğum şöbəsindən başqa heç bir şöbə fəaliyyət göstərmir. Həkimlər isə yerindədir. Yaxınlıqdakı özəl Bioloji Klinkaya üz tutanlar da az deyildi.

Darvaza qarşısına toplaşan 50-yə yaxın adam isə çox narazı idi. Deyirdilər ki, heç olmasa poliklinika, laboratoriya işləsin ki, elementar xidmətlər göstərə bilsinlər.

Həm də təəccüblüdür ki, əhali hər hansı formada məlumatlandırılmır. Heç icra hakimiyyətinin saytında  və onlara məxsus digər saytlarda bu barədə

heç bir məlumat yoxdur. Ucqar kəndlərdən və qonşu rayonlardan gələn xəstələr saatlarla xəstəxananın qarşısında gözləyirlər.  Karantinin nə vaxt ləğv oluncağı da bilinmir.

Cenub.az








Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10