Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Polislər mollalarla birgə sürücülər üçün maarifləndirici aksiya keçirdi...-İBRƏTAMİZ-FOTO



Allah sürücüdən rüşvət, ölü yiyəsindən yas pulu almaq üçün avto-qəzaların artmasını arzulayan üzdəniraq polis və mollalardan qorusun!..

Dağıstan Respublikası Müsəlman Ruhaniləri İdarəsinin(Müftilik) maarifləndirmə şöbəsinin əməkdaşları Babayurt rayonunun yol polisi ilə birlikdə "Yol qaydalarına əməl edin" devizi altında aksiya təşkil ediblər.
İbrətamiz tədbirə Dağıstan Respublikası Müftiliyinin Şimal Ərazi Dairəsi üzrə səlahiyyətli nümayəndəsi İlyas Umalatov, bələdiyyənin imamı İramdin Muxajirov, Rusiya Federasiyası Daxili İşlər Nazirliyi Dövlət Yol Təhlükəsizliyi Müfəttişliyinin Babayurt rayonu üzrə rəisi Murtuzali Datsaev, eləcə də didər din xadimləri və polis əməkdaşları qatılıb.

Aksiya çərçivəsində avtomobil sahiblərinə İslam baxımından yol hərəkəti qaydalarına riayət olunması və  sürücülük etikası barədə məlumatları özündə əks etdirən xüsusi kitabçalar paylanılıb.

“Yollar, nəqliyyat vasitələri – biz insanlar üçün Allah-Təalanın mərhəmətinin bir nümunəsidir. Bütün bunlardan təhlükəsiz istifadə etmək üçün müəyyən təlimatlar, qaydalar mövcuddur. Əgər bu qaydalara əməl etməsək, digər insanlara da, özümüzə də maddi və ya fiziki cəhətdən zərər vura bilərik" - deyə Dağıstan Müftiliyinin nümayəndəsi sürücülərə müraciətində bildirib.
moderator.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10