![](/uploads/posts/2020-02/medium/1582868263_4c3cd7b5-5a87-4c0e-9044-7dce27319fa6.png)
Hazırda xəstələr Londondakı Royal Free Xəstəxanasındadırlar
Böyük Britaniyda daha iki nəfərdə koronavirus aşkarlanıb. Beləliklə ölkədə xəstələrin sayı 15-ə çatıb.
Cenub.az xarici mətbuata əsasən məlumat verir ki, yeni koronavirusa yoluxmuş xəstələr Liverpul və Londonda qeydə alınıb.
Məlumatda bildirilir ki, xəstələr İtaliyadan İngiltərəyəyə yenicə gəliblərmiş. Hazırda xəstələr Londondakı Royal Free Xəstəxanasındadırlar.
Məlumat üçün deyək ki, ən son məlumata görə, hazırda dünyanın 40 ölkəsində 80 min insan virusa yoluxub. 2462 nəfər xəstələnərək ölüb. Yaponiyada son olaraq koronavirusa görə məktəblər martın 2-dək bağlanıb.