Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Bu təhlükə yalnız Azərbaycan deyil, bütün dünya iqtisadiyyatını “vura bilər” – SOS!


Vahid Əhmədov: “Tədbirli olmaqda fayda var”



Bütün dünyanı təhdid edən koronavirus xəstəliyinin Azərbaycana qonşu olan dövlətlərdə - İran və Gürcüstanda görünməsi ölkləmizdə də ciddi narahatlıqla qarşılanmaqdadır. Bəs koronavirus təhlükəsinin iqtisadiyyatımıza da təsir göstərməsi mümkündürmü?

 

Cenub.az xəbər verir ki, moderator.az-a açıqlama verən millət vəkili Vahid Əhmədov koronavirus təhlükəsinin davam eədəcəyi təqdirdə bunun iqtsiadiyyata da təsirsiz ötüşməyəcəyini vurğuladı:

 

“Proses uzun müddət davam etsə, əlbəttə ki, bunun iqtisadiyyata da təsiri olacaq. Bu xətəlik bir sıra ölkələrdə aktiv fazaya keçib. Bu ölkələrdən biri isə İrandır. İranın isə Azərbaycanla ciddi iqtsiadi-humanitar əlaqələri var. Cənub zonasında yaşayan insnalarımız İrana tez-tez gedirlər. İrandan da ölkəmizə çoxlu gələnlər olur. Ona görə də bu problemə cidid yanaşmaq lazımdır. 

 

Cənub sərhəddimizdəkli gömrük məntəqələrində ciddi sanitariya işləri həyata keçirmək lazımdır. Çalışmalıyıq ki, hər hansı xəstə insanın ölkəmizə keçməsinə imkan verilməsin. Fakt göstərir ki, belə hallar var. Hətta Azərbaycandan keçib Gürcüstana gedən şəxslrədə də belə problem aşkarlanıb. Bu, çox ciddei bir məsələdir. Ona görə də bunun iqtisadiyyata da təsir göstərməsi mümkündür. 

 

Diqqət edirsinizsə, dünya bazarında neftin qiymətində də dəyişiklik var. Odur ki, tədbirli olmaqda fayda var. Çünki proses uzanarsa, bunun yalnız Azərbaycan iqtsiadiyyatına deyil, dünya iqtisadiyyatına böyük təsiri ola bilər”.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10