Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Astaranın masallılı baş həkimi vəzifəsindən azad edilib



Astara rayonundan maraqlı xəbərlər gəlməkdədir. Verilən məlumata görə  Həftənin ilk günlərində  TƏBİB-in (Hazırda Səhiyyə Nazirliyin əsas səlahiyyətlərini yerinə yetirir.) rəhbəri cənu rayonlarındakı xəstəxanalara baş çəkib. Astara olarkən  buradakı işlərdən narazı qalıb. Rayondan verilən məlumata görə TƏBİB-in  rəhbərinin gəlişindən sonra baş həkim yox çıxıb. Bu gun isə onun vəzifədən azad edildiyi barədə məlumat yayılıb. Onun Cəlilabad xəstəxanasından gələn həkim əvəz edir. Xatırladırıq ki, Astara Mərkəzi Xəstaxanasının baş həkimi Əlövsət Əliyev  tibb elmləri üzrə fəlsəfə doktorudur. Onun qardaşı Asif Əliyev isə Masallı Mərkəzi Xəstanasında direktor müavinidir. TƏBİBİ-in rəsmiləri bu barədə Lent.az-a məlumat veriblər. Həmin məlumatı Sizə təqdim edirik.

Yeri gəlmişkən xatırladaq ki, hazırda Cəlilabad və Astara raon xəstaxanalarına müayinə üçün 100-ə yaxın şəxs yerləşdirilib. Xatırladaq ki, bunlar koronavirus xəstəsi deyil. Sadəcə şübhələr olduğu üçün müayinə edilirlər.

 TƏBİB Astara Rayon Mərkəzi Xəstəxanası ilə bağlı AÇIQLAMA YAYDI

“İrandan gələn Azərbaycan vətəndaşlarının Astara Rayon Mərkəzi Xəstəxanasındakı şəraitlə bağlı sosial şəbəkələrdə yaydığı videomateriallarla bağlı bildiririk ki, çatışmazlıqlar aradan qaldırılır”.

Lent.az xəbər verir ki, bu barədə Astara Rayon Mərkəzi Xəstəxanası ilə bağlı sosial şəbəkələrdə yayılan videomateriallarla bağlı TƏBİB-in yaydığı açıqlamada bildirilib.

Məlumatda bildirilir: “Videomaterialdan da göründüyü kimi, çəkiliş palatalarda yataq dəstlərinin dəyişdirilməsi zamanı aparılıb.

Məlumat üçün bildiririk ki, 26 fevral tarixində TƏBİB-in rəhbərliyi Astara Rayon Mərkəzi Xəstəxanasında mövcud şəraitlə yerində tanış olub və işində yol verdiyi nöqsanlara görə xəstəxananın baş həkimi Əlövsət Əliyev işindən azad edilib.

Xəstəxana gömrük-keçid məntəqəsinə yaxın ərazidə yerləşdiyindən, karantin bölgəsi kimi istifadə olunması qərara alınıb. Bu baxımdan, xəstəxananın mövcud şəraitinin yaxşılaşdırılması və lazımi vasitələrlə təmin olunması istiqamətində işlər davam etdirilir. Günün sonunadək karantində olan vətəndaşların ehtiyacları təmin ediləcək.

TƏBİB bir daha İrandan ölkəyə qayıdan vətəndaşlarımızdan xəstəliyin qeydə alındığı bölgələrdən gəldiklərini nəzərə alaraq anlayışlı olmalarını və prosedur qaydalarına əməl etmələrini xahiş edir.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10