Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Baron Şəmi”nin qatilinin axtarışı üçün Masallı-Yardımlı yolu nəzarətə götürülüb​ (Foto və video)


Cenub.az-ın verdiyi məlumata görə “Baron Şəmi” və oğlu qardaşı tərəfindən güllələnib. Hadisənin torpaq üstündə baş verdiyi qeyd edilir. Bu şəxslərin Yardımlının Eçara kəndində 50-60 hektar torpaq sahəsi olduğu bildirilir. Kənd sakinlərinin bildirddiyinə görə Şəmsəddin oğlu Niyaməddin ilə Masallıdan gedib Eçara kəndində “Niva” maşınından düşərkən qardaşı tərəfindən ov tüfəngi ilə ataşə tutulub. Daha sonra qardaşını güllələyən Nurəddin və oğlu hadisə yerindən qaçıb. Onların axtarışına başlanılıb. Masallı-Yardımlı yolun ciddi nəzarət altındadır. Hər iki istiqamətə maşınların hərəkatı məhdudlaşdırılıb.
Oxucular üçün maraqlı olacağını nəzərə alıb, Lent.az-ın həm də bizə istinadən hazırladığı yazını sizə təqdim edirik.  Cenub.az

Hadisəni törədən qardaş oğlunun (onun da 2 övladı var) Deman tərəfdən İrana qaçdığı deyilir.Həmçinin hər 2 şəxsin, Şəmsəddin və oğlunun aldığı yaralardan dərhal keçindiyi söylənilir. (cenub.az)

Xatırladaq ki, “Baron Şəmi” 2016-cı il yanvarın 6-da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində öz evində həbs edilmişdi. Həmin vaxt ona məxsus evin həyətindəki quyudan gizlətdiyi ümumi çəkisi 28 kiloqrama yaxın narkotik vasitə, o cümlədən 12 kiloqram 550 qram həşiş qətranı, 7 kiloqram 110 qram tiryək, 6 kiloqram 981 qram heroin və 1 kiloqram 137 qram marixuana aşkar edilərək götürülüb.Qeyd edək ki, “Şəmi” indiyədək 7 dəfə həbs həyatı yaşamışdı.***
Yardımlıda güllənən şəxslərin adları məlum olub.
APA-nın yerli bürosunun verdiyi xəbərə görə, onlar Masallı rayon sakinləri - Kərimov Şəmsəddin Fəxrəddin oğlu və onun oğlu, Kərimov Niyaməddin Şəmsəddin oğludur.
Hər iki şəxsin öldüyü bildirilir.
Lent.az-ın cenub.az-ın baş redaktoru Zahir Əmənova istinadən verdiyi məlumata görə, hadisə Şəmsəddinin Yardımlıdakı ata yurdunda baş verib. Kərimov bir neçə dəfə həbs həyatı yaşayıb. Onun öldürülən oğlu da elə bir qədər əvvəl həbsdən azad edilib.

Şəmsəddin Kərimovun Masallı şəhərində “Ovçular” adlı mağazası var. O, bu gün səhər səliqəli geyimdə mağazaya gəlib, işçilərinə göstərişlərini verib. Daha sonra Yardımlıya gedib. Hadisə də orda baş verib.
***
14:25
Yardımlıda ata və oğlu güllələnib.
APA-nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə bu gün Yardımlı rayonunda baş verib. İlkin məlumata görə, Masallı sakini əmisini və əmisi oğlunu güllələyib.
Faktla bağlı araşdırma aparılır.
Gülələnənlərdən biri "Baron Şəmi" ləqəbi ilə tanınan narkobaron Şəmsəddin Kərimovdur.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10