Cenub.az xəbər verir ki, əsrin bəlası koronavirusla bağlı fevralın 2-də Masallı Mərkəzi Xəstəxanasında əvvəl infeksiya şöbəsində 5 palata, daha sonra bütün infeksiya şöbəsi boşaldılaraq 20 palata hazırlanmışdı.
Bu gün isə Masallı Mərkəzi Xəstəxanasının bütün şöbələri (Doğum şöbəsi istisna olmaqla) tam boşaldılaraq 200 yer hazırlanıb. Hazırda isə xəstəxanada bir xəstə yatır ki, o da, İranda olmuş, müayinə olunmaq üçün bura yerləşdirilmiş şəxsdir. Masallıdan deyil.
Cəlilabad və Astara rayon xəstəxanalarında da bütün palataların boşaldıldığı deyililir.
Cenub.az