Cenub.az bildirir ki, bu gün 27 fevral 2020-ci nahara az qalmış Masallı rayonundakı "OVÇULAR" mağazasının sahibi Şəmsəddinin (el arasında "Baron Şəmi") və oğlunun Yardımlı rayonunun Eçara kəndində, ata yurdlarında güllələndiyi bildirilir. Onları gülləyən qardaşı olub.
Xatırladaq ki, Şəmsəddin bir neçə dəfə narkotiklə həbs edilsə də, qısa müddətdə azad edilib. Onun oğlu da bu yaxınlarda həbsdən azad edilib. Bir uşaq atasıdır.
Şəmsəddin bu səhər çağı olduqca səliqəli geyimdə Masallıdakı dükanının yanında olub. Sonra Yardımlı rayonununa gediblər. Hadisə də Yardımlı rayonunda olub. Tam dəqiq olmayan məlumata görə hadisənin torpaq üstündə olduğu bildirilir.
Hadisəni törədən qardaş oğlunun (onunda 2 övladı var) Deman tərəfdən İrana qaçdığı deyilir.
Həmçinin hər 2 şəxsin, Şəmsəddin və oğlunun aldığı yaralardan dərhal keçindiyi söylənilir.