Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

30 aprel 2010 Çəpərüstü söhbət


- Lap özü eləyir?
- Yox, qıza. Bu işə baxan adamı var. Deyilənə görə, ən çox itə baxan kadrı bu işləri icra edir. Hətta bəzi işçilərini danlayıb ki, niyə bu kəsə və çox çörəkli işdən istifadə etmirsiniz. Hə, istəyiblər başa salsınlar ki, bu yolla heç kim axıracan çörəkli olmayıb, səndən əvvəlkilər adamları şərləmək, işgəncə yolu tutmayıb. Amma söhbət alınmayıb. Hələ deyirlər ki, yalançı şahid ştatını da xeyli genişləndirib, allah xeyirli eləsin.
- Bəs mən haradasa eşitmişdim ki, o rəis çox xeyirxah adamdır.
- Hə, xeyirxahlığı da var. Camaatı daha o yana-bu yana göndərmir, elə aşağı mərtəbədə, əl çatan yerdə bir nəfər əyləşdirib. Kimin nə verəcəyi varsa, elə onunla orada da halallaşır. Buranın mer də başqa bəladır. İstənilən adamı 2 dəqiqənin içində şərləyir. Elə ağıllıdır ki, dolaşdırdığı adamın dəllallığını da özü edir. Sonra işi düzələn adamlar onun qarşısında baş əyib təşəkkürünü bildirir.
- Ən çox xoşuna gələn nə oldu ye?
- Ən xoşuma gələn buradakı işverənin əlində qəşəng bir pult oldu. Soruşdum ki, bu nədir? Dedilər, bu şəxs həmin pultla təhsil şöbə müdirini idarə edir. Bir düyməsini basanda həmin müdir şingilim atır. O biri düyməsini basanda kəlləmayallaq aşır.
- Bəs deyirlər, bu müdir çox nikbin, gülərüz adamdır.
- Düz deyirlər. Onun üzü o vaxt gülür ki, direktor işdən çıxır, ya da ölür. Bəzən bu işi tezləşdirmək üçün direktorlara elə tas oxuyur ki, bir də görürsən, direktor fikir-xəyal içində düşdü avtomobil qəzasına. Bu müdir də utanıb-qızarmadan onun dəfnində çıxış edir, 2-3 gündən sonra isə vəzifəsini elə öz qohumuna 8-10 minə satır.
- Ona görə tez qayıtdın?
- Əlbəttə. Dedim bizi də şərləyərlər, aləm qarışar, nə yaxşı ki, bizdəki eyni vəzifəni daşıyan rəhbərlər belə namərdlik, riyakarlıq etmir. Gecə-gündüz xalqı fikirləşir, pul önündə şəxsiyyətini alçaltmır, hər işi din-imanla edir. Nə isə, yenə özümüzkülərə şükür, adam bir-iki paçka verib qurtarır. Qərib ölkədir, ilişsək neyləyərdik?
- Bəs onlar sənə heç nə bağışlamadılar?
- Bilirsən, orada vəziyyət bizdəki kimi əmin-amanlıq deyil. Bizimkilər xalqın yolunda canlarından keçir. Yaşıl Burun adalarında isə təzə rəis gələndən dollar satandan, qızılsatanadək, kömür satandan pinəçiyədək hamıdan alınan leviy haqq 5-6 dəfə artıb. Oradakılar elə bil quldur dəstəsidir. Elə bil oradakılar onun milləti deyil. Az qalırlar millətin dərisini soyalar. O vurhavurda bir nəfər mənə qəribə başlıqla bir kitab bağışladı - qırmızıboyun Ubuşun cındır həyatından xatirələr. Vermişəm tərcümə etsinlər, sonra yavaş-yavaş çap edəcəyəm. Zahir Əmənov





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10