Ayətullah Əli Xamneyi - İranın hazırkı ali dini lideri də əslən Azərbaycan türklərindəndir. Ayrı-ayrı mənbələr tez-tez İran və Güney Azərbaycanda yaşayan türklər qarşısında türk dilində çıxış edən Xamneyinin azərbaycanlı olması ilə bağlı həmfikirdirlər.
Sami Yusif - Britaniyalı müğənni, bəstəkar, çalğıçı, İslam dinini təbliğ edən mahnıların ifaçısı. 1980-ci ildə Tehranda doğulub. Onun valideynləri etnik azərbaycanlılardır. Sami Yusif albomlarının satışına və "Youtube”da izləmə sayına görə dünyada ikincidir.
Cem Karaca -Türk rok musiqisinin banilərindən sayılan, musiqiçi, aktyor Cem Karaca da Azərbaycan əsillidir. Əslən Azərbaycandan olan atası, aktyor Mehmet Karacanın oğludur. 1945-ci ildə İstanbulda dünyaya gələn Cem Karaca 2004-cü ildə vəfat edib.
Türkan Şoray - Türk kino aləmində "Sultan” adlandırılan məşhur və sevilən aktrisa Türkan Şoray əslən Naxçıvanlıdır. 200-dən çox filmdə müxtəlif obrazları canlandıran Türkan Şoray dünyanın ən çox rol alan qadın aktrisasıdır.
Tuğba Ekinçi - Çoxumuzun "O şimdi asker” mahnısıyla tanıdığı, Qarsda doğulan müğənni Tuğba Ekinci də Azərbaycan əsillidir.
Timur Rodrigez - Əsil soyadı Kərimovdur. Rus şoumeni, müğənni və aparıcıdır. 1979-cu il oktyabrın 14-ü Permdə, kukla teatrın aktyoru olan azərbaycanlı Mikayıl Kərimov və tərcüməçi, alman dili müəllimi, yəhudi Zlata Yefimova nikahından dünyaya gəlib.
Rober Osseyn - Fransız teatr və kino aktyoru, rejissor, prodüser, "Marini” (Paris) teatrın rəhbəri. Ən böyük uğuru Ann və Serj Qolun Anjelika haqqında yazdığı romana çəkilən filmdə Joffreya de Peyrak rolu olub. 1927-ci ilin 30 dekabrında doğulub. Onun atası skripkaçı və bəstəkar Andre Osseyn (Aminulla Huseynov 1905-1983) azərbaycanlı, anası isə tacikdir. Osseyn Səmərqənd şəhərində doğulub.
Bahar Kian Əfşar - İran aktrisasıdır, Azərbaycanın məşhur əfşar tayfasındandır.
Sara Şah - Amerika aktrisası və fotomodelidir. Atası cənubi azərbaycanlıdır, anası isə İspaniyadandır.
Tamer Karadağlı - Türk istehsalı olan "Çocuklar duymasın” serialının baş rol ifaçısı da əslən azərbaycanlıdır.
Andrea Kərimli(Mantea) - Azərbaycan kökənli rumın modelidir.
Byanka Balti - Məşhur İtaliya modeli. Atası da məşhur İtaliya modelidir, anası isə Azərbaycanda doğulub.
Aylar Dianti Li - Norveçdə fotomodel və aktrisadır. Milləti Cənubi Azərbaycandandır.