Xəbər verdiyimiz kimi Masallı rayonun Təzəkənd kəndində dəhşətli qətl hadisəsi baş verib.
Cenub.az. yerli sakinlərə istinadən bildirir ki, kənd sakini, 2 uşaq atası Ağayev Sarvan Ayazxan oğlu (onun 21 yaşı olduğu bildirilir) Bu gün, 26 fevralda, günorta saatlarında
Qoşa lülə tüfənglə arvadını, qaynını və qayınanasını güllələyib, özünü də vurub.
Atəş nəticəsində onun həyat yoldaşı Nəbiyeva Alimə və vuranın qaynı, Nəbiyev Alim yerindəcə keçinib. Qayınanası isə ağır vəziyyətdə Masallı Mərkəzi Xəstəxanasına çatdırılıb.
Kənddən verilən məlumat görə Sarvan Ağayevlə indi güllələnən həyat yoldaşı arasında onlar hələ uşaq olarkən xoşagəlməz hadisə baş verib və Sarvan həmin əməlinə görə 5 il azadlıqdan mərhum edilib.
Yaxın vaxtlarda isə ailədə ciddi narazılıq olduğu üçün onlar məhkəmə qaydasında boşanıblar. Sarvanla Aliməgil qonşu olublar. Qız evi Sarvangildən qızın mebellerini aparmağa gələrkən ciddi söz-söhbət yaranıb və bundan sonra Sarvan onlara atəş açıb.
Hazırda dünyasını dəyişən şəxslərin meyidi Masallı Xəstəxanasında müayinə olunur.
Hüquq mühafizə orqanları hadisə yerindədir və olayın səbəbləri araşdırılır.
Cenub.az