Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallıda xərçəng xəstəsi olan qadın özünü quyuya atdı



Masallı rayonunda xərçəng xəstəsi olan qadın intihar edib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hadisə fevralın 25-i günorta saatlarında rayonun Kubin kəndində baş verib.

Kənd sakini, 49 yaşlı Vəzifə Babayeva qonşusu Asif Nəzərova məxsus, heç kimin yaşamadığı evin həyətindəki quyuya özünü ataraq intihar edib. O, kənd sakinləri tərəfindən quyudan çıxarılıb. 

V. Babayeva uzun müddət ağciyər xərçəngindən əziyyət çəkib.

Faktla bağlı Masallı rayon prokurorluğunda özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanılıb və istintaq hərəkətləri davam etdirilir.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10