![](/uploads/posts/2020-02/medium/1582607476_207cffca-0003-4b77-927c-07b9c3d6552c.jpeg)
İordaniya Kralı Abdullah və oğlu Hüseyn Əqəbə körfəzinin dibindəki zibili toplamaq məqsədilə dalğıclıq ediblər.
Krallığın Dəniz Mühitini Qoruma Təşkilatı bu prosesin video-görüntülərini “Facebook” səhifəsində yerləşdirib. Video-yazıda monarxın oğlu və digər dalğıclarla birlikdə körfəzin dibindən butulka, qutu, banka və digər zibilləri topladıqları görünür. Təmizlik işləri zamanı müsəlman(!) hesab edilən Kral Abdullah balıqçıların toruna dolaşmış bir dəniz tısbağasını da xilas edib...
P.S. Təcavüzkar Ermənistanla dostluq əlaqələri qurmasaydı, İrəvanda iki gün, Bakıda iki saatlıq səfərdə olmasaydı, İordaniya Kralına müsəlman demək olardı...