Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Astara gömrüyündə son vəziyyət: Zəvvarlar İrana buraxılır, xəstələr isə yox



"Bu gündən etibarən xüsusi zərurət olmadıqda, heç bir xəstənin İrana keçməsinə imkan vermirlər”

 

“Astarada vəziyyət yaxşıdır, heç bir qorxu, təlaş yoxdur. Heç bir xəstəlik halı müşahidə edilmir. Səhiyyə nazirinin müavini bu gün rayonda oldu, böyük iclas keçirildi, iclasda rayondakı bütün müəssisələrin rəhbərləri iştirak edirdi. İclas iştirakçılarına profilaktik tədbirlərin görlməsi ilə bağlı göstəriş verildi”.

 

Bu barədə Astara Rayon Veteranlar Şurasının sədri Rafiq Əliyev məlumat verilib. Onun sözlərinə görə, sərhədin hər iki tərəfində dezinfeksiya işləri həyata keçirilib.

 

“Gedib-gələnlər ciddi şəkildə yoxlanılır, hərarətlərinin, qrip əlamətlərinin olub-olmamasına xüsusi diqqət edirlər. Sərhəd isə tam bağlanmayıb, Azərbaycanda qalmış İran vətəndaşlarını İrana buraxırlar, İrandakıları da Azərbaycana", - həmsöhbətimiz deyib.

"Həmçinin zəvvarları da buraxırlar. Elə indi bu saatlarda iki avtobus zəvvar İrana keçdi. İrandakı parlament seçkiləri ilə əlaqədar zəvvarların gedişinə məhdudiyyət qoyulmuşdu, ancaq bu gün həmin məhdudiyyət aradan qaldırılıb”, - R.Əliyev vurğulayıb.

 

Bununla bərabər, o, qeyd edib ki, həkimə gedənləri isə İrana buraxmırlar: "Daha doğrusu, Azərbaycan buraxsa da, İran buraxmır. Bu gündən etibarən xüsusi zərurət olmadıqda, heç bir xəstənin İrana keçməsinə imkan vermirlər".

 

Qeyd edək ki, daha öncə açıqlama verən turizm şirkətlərinin nümayəndələri İrana zəvvar daşınmasına məhdudiyyət qoyulduğunu, bu ölkəyə gediş-gəlişin dayandırıldığını bildirmişdilər.

ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10