Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Koronavirusdan “iqtisadi bombardman”: Dünya yeni böhranla üz-üzə...



Koronavirus xəstəliyinin dalğavari şəkildə genişlənməsi dünyanı yeni iqtisadi böhran təhlükəsi ilə üz-üzə qoyub.

 

Artıq koronavirus təhlükəsi ilə əlaqədar olaraq dünyada neftin qiymətinin sürətlə enməsi müşahidə olunur. Buna səbəb dünyada neftə olan tələbatın kəskin surətdə aşağı düşməsidir. Proqnozlara görə, neftə olan tələbat qarşıdakı aylarda da azalmaqda davam edəcək ki, bu da qiymət azalması ilə paralel müşahidə ediləcək. 

 

Beynəlxalq agentliklərin apardığı araşdırmalar koromavirusun səbəb olacağı iqtisadi böhranın 2008-2010-cu ilin maliyyə böhranından daha ağır nəticələrə səbəb olacağı ehtimal edilir. Mütəxəssislərin fikrincə, məlum böhran Çindən ABŞ-a qədər bütün ölkələrin iqtsiadi həyatını mənfi mənada təsir göstərəcək, böyük maliyyə itkisinə yol açacaq.

 

Araşdırmalara görə, koronavirusun meydana çıxması yalnız qızılın qiymətində artıma səbəb olub və bu artımın yaxın gələckdə davam edəcəyi gözlənilir.

moderator.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10