![](/uploads/posts/2020-02/medium/1582531139_3de8807a-f427-4c09-808f-7c9e989a8291.jpeg)
“Azərbaycanın İranla həmsərhəd olan gömrük-keçid məntəqələrində sərnişinlərin gediş-gəlişi tam məhdudlaşdırılıb”.
Cenub.az xəbər verir ki, bu barədə “Qafqazinfo” ya Dövlət Gömrük Xidmətinin mətbuat xidmətinin rəhbəri Natiq Axundov məlumat verib.
O qeyd edib ki, yalnız İranda olan Azərbaycan vətəndaşlarının və Azərbaycanda olan İran vətəndaşlarının öz ölkələrinə qayıtmasına icazə verilir: “Qalan sərnişinlərin gediş- gəlişinə məhdudiyyət davam edir. Bu prosesin nə vaxta qədər davam edəcəyini dəqiq bilmirik. Çünki gömrük-keçid sərhəd məntəqələrində profilaktik tədbirlər və dezinfeksiya işləri aparılır və buna görə də həmin məntəqələrdə müəyyən məhdudiyyətlər tətbiq edilib".