Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İranda yayılan təhlükəli virus Azərbaycana necə təsir edəcək? (ŞƏRH)



Koronavirus qapının astanasında, ayaq səsləri eşidilır…

İqtisadçı alim Qubad İbadoğlu cənub qonşumuz olan İranda yayılan təhlükəli koronavirusla bağlı maraqlı statistik məlumatlar paylaşıb.

Cenub.az AzToday.az-a istinadən Qubad Ibadoğlunun statusunu təqdim edir: 

İran Çindən sonra koronavirusun ən çox can aldğı ikini ölkəyə çevrilib. Artıq Azərbaycanla 765 km sərhəddə malik olan İranda virusa yoluxan 43 nəfərin 8-i dünyasını dəyişib. Bu həmçinin İranın səhiyyə sistemin zəifliyinin göstəricidir. Müqayisə üçün qeyd edim ki, Cənubi Koreyada bu virusa yoluxan 607 nəfərdən 5-i vəfat edib. İranın bütün qonşuları, o cümlədən Azərbaycan onunla sərhədlərini bağlayıb. Bu o deməkdir ki, Naxçıvan yenidən blokadaya düşüb və Azərbaycanla yalnız hava əlaqəsi umuduna qalıb.
Odur ki, İranda koronavirusun aşağıdakı istiqamətlərdə mənfi təsirləri gözlənilir.

1. Turizmə. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2019-cu ildə Azərbaycana dünyanın 193 ölkəsindən 3170,4 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 8,1 faizi və ya 257 min nəfəri İran vətəndaşları olub. Ötən il ərzində xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 5567,7 min nəfər olub ki, onun da 36,7 faizi və ya 2043 min nəfəri İrana səfər edib. Bu o deməkdir ki, hər ay orta hesabla İrandan Azərbaycana 21417 nəfər gəlir, Azərbaycandan İrana isə 170 min 250 nəfər səfər edir. Sərhərdlərin bağlanması İrandan Azərbaycana xüsusilə də Novruz bayramı ərəfəsində gələcək tuirstlərin sayını kəskin azaldacaq. Eyni zamanda Azərbaycandan İrana müalicə götürmək, alış-veriş etmək, iş qurmaq məqsədilə səfər edənlərin sayına ciddi surətdə azaldıcı təsir göstərəcək. Bununla yanaşı, ərəb ölkələrindən, Şimaldan və Qərbdən Azərbaycana gələn turistlərin bir qismi İrana görə səfərlərini təxirə salacaqlar. Bütün bunların nəticəsində Azərbayanda otelçilik və restoran, turizmə xirdmət, səyahət agentliyi, hava nəqliyyatı sahəsində biznes imkanları pisləşəcək.
2. Ticarətə. Ötən il İrandan Azərbaycana 452 701 min dollarlıq mal idxal olunub. Azərbaycanın İrana ixracatı isə 41 130 min dollar təşkil edib. İrandan Azərbaycana həmçinin kənd təsərrüfatı məhsulları, ərzaq və gündəlik tələbat malları gətirilir. Belə olan halda yaxın zamanlarda İran mənşəli malların qiymətində bahalaşma müşahidə olunacaq.
3. İnvestisiya. Otən ilə qədər Azərbaycanda sənaye, tikinti, xidmət, rabitə, ticarət, nəqliyyat, kənd təsərrüfatı və sair sahələrdə 1000-dən çox İran şirkəti qeydiyyatdan keçib. İran tərəfindən Azərbaycan iqtisadiyyatına 3,4 mlrd. dollar investisiya yatırılıb. Hazrıkı situasiya investisiya əməkdaşlığını mənfi yöndə təsirləndirəcək.
4. Nəqliyyat. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə tranzit yüklər İrana və əksinə Rusiyaya daşınır.Yükdaşınmalarında fasiələri Azərbaycanın tranzitdən əldə edəcəyi qazanclarını azaldacaq.
5. Büdcə. Azərbaycanla İran arasında ticari, investisiya, turizm və nəqliyyat əlaqələrinin pisləşməsi bu sektorlardan dövlət büdcəsinə daxilolmalara da təsir göstərəcək. Xüsusilə də qeyri-neft sektorundan büdcəyə vergi və gömrük ödənişlərinin məbləği aşağı düşəcək.

Bütün bu deyilənləri 4-cü istisna olmaqla Azərbaycanın Çinlə iqtisadi münasibətlərinə də şamil etmək olar. Bu halda Azərbaycan-Çin və Azərbaycan-İran iqtisadi münasibətlərinin, insanlar arasında ünsiyyət əlaqələrinin pisləşməsi ölkədə ciddi şəkildə satışların və alışların həcminə və qiymətinə, eləcə də büdcə daxilolmalarına neqatv təsir edəcək.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10