![](/uploads/posts/2020-02/medium/1582459413_43bd52c7-1db2-4db9-8a1e-a657989059c1.jpeg)
Astara Gömrük Postundan İrana keçid müvəqqəti dayandırılıb.
Cənub Ərazi Baş Gömrük İdarəsindən “Report”un yerli bürosuna verilən məlumata görə, bu, müvəqqəti və profilaktik xarakterlidir.
Bildirilir ki, gömrük postunda təxminən 1 saat müddətində havalandırma və dezinfeksiya işləri aparılır. Proses gündə bir dəfə həyata keçiriləcək.