![](/uploads/posts/2020-02/medium/1582442457_7eb0efb8-7467-439a-9c5d-77d42b3c73bd.jpeg)
Bəlkə də insanın ölümcül təhlükəli məşğuliyyətlərinin siyahısına seksi əlavə etməyin vaxtı gəlib çatıb, çünki sevişmə zamanı ölən məşhurların sayı həqiqətən heyrətamizdir. Üstəlik, bunlar yalnız ölüm səbəbi açıqlanmış məşhur insanlardır. O zaman gör nə qədər adi insanlar sevişəndə ölümlərini tapıblar? Tarix bu barədə susur. Qəribədir, belə bir ölüm hadisəsi daha çox kişilərin başına gəlir və fikirləşirsən ki, tərəfdaşı naminə kişilər necə çalışırlar. Moderator.az xarici mətbuata istinadən bu məşhurların bəzilərini sizə təqdim edir.
Franklin Ruzvelt
![](https://mtdata.ru/u29/photo5B85/20368135304-0/original.jpg#20368135304)
ABŞ-ın ən məşhur liderlərindən biri, İkinci Dünya Müharibəsi dövründə dövlətə rəhbərlik edən 32-ci prezident Franklin Ruzvelt də cismani zövqləri sevirdi. Ölümünün şərtlərinin çox sayda versiyaları ən vacib səbəbin qarşısında çox solğundu. Siyasətçinin həyat yoldaşının qucağında öldüyü bildirilir. Və bu xəbər elə təqdim olundu ki, çoxları həmin an cütlüyün sekslə məşğul olduqlarını düşünüb. 63 yaşı olub.
Mario Bugeanu
![](https://mtdata.ru/u29/photo1915/20591208153-0/original.jpg#20591208153)
Bəzən ehtiras adamı elə yaxalayır ki, heç evə çatmağa belə səbrin qalmır və elə səni yaxaladığı yerdə başlamağa məcbur olursan. Bu, 1999-cu ildə məşhur rumıniyalı futbolçu Mario Bougeanu ilə baş verib. Sevgilisi ilə birlikdə avtomobilində qaraja girirlər. Evə qalxmağa səbrləri çatmır və qarajda sekslə məşğul olmağa başlayırlar. Mühərriki söndürmədikləri üçün dəm qazından hər ikisi ölür.
Nelson Rokfeller
![](https://mtdata.ru/u29/photoFE16/20037353851-0/original.jpg#20037353851)
ABŞ-ın keçmiş vitse-prezidenti Nelson Rokfeller 70 yaşında vəfat edərkən, əvvəlcə onun ofisdə sənət əsərləri kolleksiyası haqqında yazdığı kitab üzərində işlədiyi bildirildi. Bununla birlikdə ölümcül ürək tutması katibəsi Megan Marşak ilə cinsi əlaqənin yüksək stadiyasında baş verib və nəticədə dünyasını dəyişdiyi məlum olub.
Atilla
![](https://mtdata.ru/u29/photo409B/20706572398-0/original.jpg#20706572398)
Atillanın yeddi arvadı olub və onlardan biri ilə intim ünsiyyət prosesində ölüb. Onu sevgi yatağında burnundan güclü qan axması zamanı tapıblar. Güman ki, cinsi əlaqə zamanı tərəfdaş onu üzünə yumruq vurub və hunların başçısı qanaxmadan boğulub, nəticədə özünə kömək edə bilməyib.
moderator