
İtaliya A Seriyasının 22-ci turunda “Spal”ın qonağı olan “Yuventus” 2:1 hesablı qələbə qazanıb.
Bu qarşılaşma Turin təmsilçisinin ulduz futbolçusu Kriştiano Ronaldonun karyerasında 1000-ci oyunu olub. O, bu qarşılaşmada da fərqlənməklə qollarının sayını 725-ə çatdırıb. “Yuventus”un digər qoluna isə Aron Remzi imza atıb.
Qeyd edək ki, “Yuventus” 50 xalla liderdir. “Qoca sinyora” ikinci pillədə qərarlaşan “Latsio”dan dörd xal irəlidədir.