Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Dünyanı dəhşətə gətirən qətlin təfərrüatları



Almaniyada 10 nəfərin həyatına son qoyan cinayətlə bağlı yeni detallar məlum olub 

 

Almaniyanın Hanau şəhərində 10 nəfərin ölümünə səbəb olan Tobias Rathjenin atası Hans-Qerd Rathjen həbs edilib.  Tobias Rathjenin cinayəti təkbaşına deyil, atası ilə birlikdə etdiyi iddia edilib.

 

Qeyd edək ki, fevralın 19-da saat 22:00 radələrində 43 yaşlı Tobias Rathjen Frankfurtdan 25 kilometr qərbdə yerləşən Hanau şəhərində iki türk kafesinə hücum edərək 4-ü türk olmaqla, 10 nəfəri qətlə yetirib.

 

Qanlı hücumdan sonra Tobias Rathjenin evinə basqın edən təhlükəsizlik qüvvələri Rathjenin əvvəlcə 72 yaşlı anasının, sonra isə öz cəsədini evin zirzəmisində tapıblar.


ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10