Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bu planetdə bir il 18 saatdır



Alim-astronomlar bir ilin 18 saat olduğu ekzoplanet aşkarlayıblar.

Bu barədə Böyük Britaniyanın Uorik Universiteti məlumat yayıb. 

Astronomlar ölçüsü Yupiter qədər olan və öz ulduzu ətrafında 18 saata dövriyyə vuran ekzoplanet kəşf ediblər. Planetə “NGTS-10b” adı verilib.

“NGTS-10b” Yer kürəsindən təxminən min işıq ili məsafəsində yerləşir. O, yalnız ölçüsü ilə deyil, həm də qaz tərkibinə görə  Yupiterə oxşayır. Lakin Yupiterdən fərqli olaraq, bu ekzoplanet öz ana ulduzuna əhəmiyyətli dərəcədə daha yaxın məsafədə yerləşir. Elə bu səbəbdən də iki planet arasında ilin uzunluğunda bu qədər fərq var: 12 il 18 saata qarşı.

“NGTS-10b”nin ulduza bu qədər yaxın olmasına görə orada temperatur min dərəcəyə çatır və planet günəşin güclü təsirindən məhvolma riski altındadır.

Tədqiqatda həmin ekzoplanetdə rubin və sapfir kimi qiymətli daşlardan ibarət “yağışlar”ın da olduğu bildirilir.  (Report)





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10