Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

20 sentyabr 2009-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT


- Mətləbdən uzaqlaşmayaq.
- Məsələ belədir də. Hər məktəbdə 10-15 xidmət ştatı var. Direktorların əksəriyyəti bu ştatlara qohum-əqrəbalarının adını yazır.
- Bunu demişik də
- Ardına qulaq az da. Deməli, başqa ölkələrdə bu məsələ tamam başqa çür imiş. Məsələn, Yaşıl Burun adalarında hər şəhər məktəbi 10-11 xadimə ştatının 2-sinin pulunu verir şəhərin merinə, 1-ini verir şəhərdəki parkın təmizlənməsinə.
- Bəs milyonlarla pul xərcləyib park tikəndə ora xadimə ayırmırlar?
- Ayırırlar e. Pulları başqası yeyir.
- Bəs bu işin nəticəsə nə oldu?
- Bizdə nəyin nəticəsi olur ki? Uzağı şəhərin meri bir az da pullaşır. Yəni, 10-15 xadimənin payı axır onun cibinə. Məktəblərdə xadimə 2 sinif əvəzinə 5 sinif süpürür, yaxud heç süpürmür, tozu içində saxlayır.
- Bəs müəllimlər bu işə necə dözür?
- Müəllimlərin gücü olsa, ”5 günlük”lərini vaxtında alardı, əmək haqlarının “burnu-qulağı” kəsiləndə direktorlar min cür oyunbazlıq edəndə cınqırını cıxardardı da. Əvvəllər müəllimi təyin edəndə pul alardılar, indi həm də hər il dərs yükünü mormada saxlamaq üçün pul alırlar.
- Bəs həkimlərdən nə xəbər var.
- Tam sakitlikdir. Baş həkimin başı qarışıb xəstəxananın qarşısındakı iki mərtəbəli komersiya obyektinin tikintisinə, başqa işləri unudub.
- Bəs o öpüşmək məsələsi nə əhvalatdır?
- Vallah, Allah mehribançılıqlarını başa qədər eləsin. Amma hələ də çoxları başa düşmür ki, oruc ağızlı Hacı həkim “vurançik” baş həkimlə dodaq-dodağa necə öpüşür. Yəni, belə olanda orucu batil olmur?
- Hələ donuz qripini demirsən. Hətta Avropa Şurasında dodaq-dodağa öpüşmək qadağan olunub, bunlar bu öpüşlərlə nə demək istəyirlər?
- Otən dəfə bir anons var idi ha, işdə məhəbbət macərası. Onun axırı nə oldu?
- Belə işlərin axırı olmur. Özüm də mat qalmışam. Bir xadimə gəlib bizə şikyətlənir ki, guya onun müdiri buradakı bütün xadimələrə “papaq” atır. Hətta bu işdə ona yardımçı olan “xadimələr” də var. Qarşı tərəf isə deyir ki, onu bəzi–bəzi adamlar öyrədir, həmin şikayətçinin də özü xəstədir, nə dediyini bilmir. Adam heç bilmir ki, kimə inansın. Bİr də ki, nəyimə lazımdır e. Bütün zir-zibili süpümək mənə qalmayib ki. Mənim dərdim başqa dərddir.
- O nə dərddir delə?
- İcra başçısı haqqında ləzzətli bir yazı hazırlayıram. Qorxuram ki, yazıya qədər başçı qaça, ya da işdən kənarlaşdıralar, yazı bata.
- Narahat olma, bura gələn çətin gedə. Çünki bizim yerlər neçə illərdir ki, arıq ceyranların yaylağına çevrilib.
Zahir Əmənov





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10