![](/uploads/posts/2020-02/medium/1582303040_4ce65086-78ed-489f-87b9-bff6f9e38322.jpeg)
ABŞ-ın ən varlı məhəlləsi olan "Atherton"da orta illik gəlir 500 min dolları keçərək 525 min dollara çatıb. Silikon vadisinin zənginlərinin yaşadığı məhəllədə illik qazanc 500 min dollardan aşağıdır.
Cenub.az xəbər verir ki, "Bloomberg" bu il dünyanın ən varlı məhəllələrinin siyahısını açıqlayıb. Kaliforniyanın Silikon Vadisi yaxınlığında yerləşən "Atherton" məhəlləsi adam başı illik 525 min 324 dollarlıq gəlirlə ABŞ-ın n ən zəngin məhəlləsi olub.
Lüks idman avtomobilləri, hovuzlu villalar və tennis meydançaları ilə diqqəti cəlb edən məhəllədə ən ucuz evin qiyməti 2,5 milyon dollar təşkil edir.