Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Bu gün İcra Hakimiyyətləri sektorunda problemlər çoxdur və onlar özlərini knyazlar kimi aparırlar...”



“Əslində ölkə başçısı icra başçılarıyla görüşlərində və ya televiziya vasitəsilə çıxışları zamanı onlara tövsiyə edirdi ki, yerlərdə daha yaxşı işləsinlər və insanların probleminin həllinə çalışsınlar”

Bunu “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev deyib. O, Dövlət Təhlükəsizlik Xidmətinin icra başçılarıyla bağlı keçirdiyi əməliyyatların faydalı ola biləcəyini vurğulayıb: 

“Düşünürəm ki, bu addımlar daha çox icra başçılarını müəyyən bir çərçivəyə salmaq üçün atılır. Əslində ölkə başçısı icra başçılarıyla görüşlərində və ya televiziya vasitəsilə çıxışları zamanı onlara tövsiyə edirdi ki, yerlərdə daha yaxşı işləsinlər və insanların probleminin həllinə çalışsınlar. Bu bir dəvət idi ki, icra başçıları özlərini yığışdırsınlar. Dövlət Təhlükəsizlik Xidmətinin icra başçılarıyla bağlı keçirdiyi əməliyyatlar ona işarədir ki, deyilənlər təkcə söz olaraq qalmır və bu bir tələbdir. Məncə, əsas mesaj budur ki, qeyri-qanuni hərəkətlərə son qoyulsun. Bu gün İcra Hakimiyyətləri sektorunda problemlər çoxdur və onlar özlərini knyazlar kimi aparırlar. İndi yeni çərçivələr cizgilənib və icra başçılarına təklif olunur ki, bu çərçivədə də işləyin”.
moderator.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10