Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Neftçalada daha iki yüksək vəzifəli şəxs tutuldu - FOTO




Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Neftçala rayonunda daha iki yüksək vəzifəli şəxsi saxlayıb.

Cenub.az xəbər verir ki, Unikal.org-un məlumatına görə, saxlanılan şəxslər arasında Neftçala Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Əkbərov Vurğun Nizami oğlu və Neftçala Rayon Təhsil Şöbəsinin müdiri Kərimov Əjdər Abasət oğlu da var.

Qeyd edək ki, ötən gün Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevi rüşvət alarkən saxlaması barədə məlumat yayılıb.

Image result for Neftçala rayon Təhsil Şöbəsinin müdiri Kərimov Əjdər






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10