Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Əhəd Abıyevin qardaşı işdən çıxarıldı



Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.
Cenub.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.
Əmrə əsasən, Gəncə Regional Narkomaniya İdarəsinin rəisi, polis polkovniki Zəfər Abıyev xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib. 
Onun yerinə polis mayoru Elvin Abbasov təyinat alıb.
O, bundan əvvəl idarənin baş əməliyyat müvəkkili vəzifəsində çalışıb.
Qeyd edək ki, Zəfər Abıyev Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin qardaşıdır.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10